Prezidentdən Qarabağ və Zəngəzurla bağlı kritik mesaj: “Bu, qaçılmazdır” - VİDEO

Prezidentdən Qarabağ və Zəngəzurla bağlı kritik mesaj: “Bu, qaçılmazdır” - VİDEO

Hazırda oxunan: Prezidentdən Qarabağ və Zəngəzurla bağlı kritik mesaj: “Bu, qaçılmazdır” - VİDEO

137270

"Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. 

Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb.

Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır. Çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir", - dövlət başçısı qeyd edib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO