Azərbaycanın aparıcı ali təhsil ocaqlarında dayanıqlı inkişaf məqsədlərinin (DİM) inkişafı üzrə layihənin reallaşdırılması bu sahədə yeni kadrların formalaşmasına imkan yaradır.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin rəisi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov "Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər üçün Maliyyə Akademiyası" layihəsinin bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, BMT tərəfindən Azərbaycanın DİM-lərinin reallaşdırılması həmçinin 2015-ci ildə qarşıya qoyulmuş hədəflərə nail olmağa imkan verəcək.
"Azərbaycan 2015-ci ildə üzərinə DİM-lərin 2030-cu ilədək icrası ilə bağlı öhdəlik götürüb. Bu, iqtisadiyyat, təhsil, ətraf mühitin mühafizəsi, insan kapitalının gücləndirilməsi, ölkənin yaşıl texnologiyalar habına çevrilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur", - deyə o, qeyd edib.
H.Hüseynov həmçinin vurğulayıb ki, DİM çərçivəsində qeyri-neft sektorunun ixrac payının 88 faizə çatdırılması planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:18 / 22.05.2023
Azərbaycan qeyri-neft ixracını 88 faizə çatdıracaq
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını 88 faizə çatdıracaq
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını 88 faizə çatdıracaq
137244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.