Müharibədə məhv edilən ermənilərin valideynləri Paşinyana qarşı aksiya keçirəcək

Müharibədə məhv edilən ermənilərin valideynləri Paşinyana qarşı aksiya keçirəcək

Hazırda oxunan: Müharibədə məhv edilən ermənilərin valideynləri Paşinyana qarşı aksiya keçirəcək

137193

Ermənistan ordusunun Azərbaycanla 44 günlük müharibədə məhv edilən hərbçilərinin valideynləri sabah İrəvanda baş nazir Nikol Paşinyana qarşı aksiya keçirəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

“Sabah saat 11:00-da hökumət binasında Nikol Paşinyanın mətbuat konfransı keçiriləcək və mən çox istərdim ki, binanın qarşısında çoxlu insan olsun, biz ona suallarımızı verək”, - əsgərlərdən birinin atası deyib.
Qeyd edək ki, 44 günlük müharibədə zərərsizləşdirilən Jor Martirosyanın anası Qayane Akopyan bir ay müddətinə həbs edilib. 

Aksiya iştirakçıları Q.Akopyanın dərhal azad edilməsi tələbi ilə etiraz aksiyası keçirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO