Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Təlim çərçivəsində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupu hərbi hissədə olub, mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə ehtiyatdan çağırılan hərbi vəzifəlilərə vətənpərvərlik mövzusunda konsert proqramı təqdim olunub.
Keçirilən tədbir şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.
Sonda hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.
Bizim.Media
![Ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı rəsmi AÇIQLAMA - FOTO Ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı rəsmi AÇIQLAMA - FOTO](https://bizim.media/file/articles/2023/05/21/1684664344_photo_5427159918798031714_y.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 21.05.2023
Ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı rəsmi AÇIQLAMA - FOTO
Hazırda oxunan: Ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı rəsmi AÇIQLAMA - FOTO
Hazırda oxunan: Ehtiyatda olan hərbi vəzifəlilərlə bağlı rəsmi AÇIQLAMA - FOTO
137137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.