“G7” sammiti başa çatdı: Bayden Xirosimaya görə üzr istəmədi - VİDEO

“G7” sammiti başa çatdı: Bayden Xirosimaya görə üzr istəmədi - VİDEO

Hazırda oxunan: “G7” sammiti başa çatdı: Bayden Xirosimaya görə üzr istəmədi - VİDEO

137104

Yeddilik Qrupunun (“G7”) liderləri və bazar günü Hirosima sammitinə dəvət olunmuş dövlətlər proqram çərçivəsində planlaşdırılan bütün iş sessiyalarını başa vurublar.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

G7 liderləri Ukrayna üzrə iclasa başlayıb - Zelenski də iştirak edir


Cəmi üç gün ərzində onlar 10 sessiya keçiriblər ki, onlar Ukrayna ətrafındakı vəziyyəti, Çinlə münasibətləri, dünya iqtisadiyyatının problemlərini, nüvə tərk-silahını, “G7”dən kənar tərəfdaşlarla əməkdaşlıq və digər məsələləri müzakirə ediblər.

Mayın 20-də “G7” sammitinə dəvət olunmuş Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri qatılıblar.

Bundan əlavə, bazar günü Yaponiyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələlərinə dair iki sessiyada, o cümlədən “G7”dən kənar ölkələrin liderləri ilə geniş tərkibdə iştirak edib.

Zelenski ilə ilk iclasda “G7” liderləri “Ukraynaya diplomatik, maliyyə, humanitar və hərbi yardım göstərməklə bağlı öhdəliklərini davam etdirəcəklərini” təsdiqləyiblər.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna Prezidenti sammitdə onlayn şəkildə iştirak etməli idi. Belə bir razılaşma Baş nazir Fumio Kisidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunmuşdu.
Yaponiya bu il “G7”yə sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO