Avropa kuboku: Gənc cüdoçularımız 2 medal qazandı

Avropa kuboku: Gənc cüdoçularımız 2 medal qazandı

Hazırda oxunan: Avropa kuboku: Gənc cüdoçularımız 2 medal qazandı

137093

İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku tunirinin ilk günündə Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Rzayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Millimizin üzvü Süleyman Əliyev (73 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.

Turnirə mayın 21-də yekun vurulacaq.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, idmançılarımız mayın 22-24-də Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO