Zelenski ərəb ölkələrini Ukrayna xalqına daha çox yardım etməyə ÇAĞIRIB 

Zelenski ərəb ölkələrini Ukrayna xalqına daha çox yardım etməyə ÇAĞIRIB 

Hazırda oxunan: Zelenski ərəb ölkələrini Ukrayna xalqına daha çox yardım etməyə ÇAĞIRIB 

136903

Ukrayna Prezidenti Volodir Zelenski Ərəb Liqasının 2-ci sammitində iştirak edir.  

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu məqsədlə Səudiyyə Ərəbistanın Ciddə şəhərinə gəlib. 

Ukraynanın dövblət başçısı Krallığın vəliəhdi Məhəmməd bin Salmanla görüşüb, sonra Ərəb Liqasının sammitində ərəb ölkələrinin liderlərinə müraciət edib. 

Volodimir Zelenski çıxışında Ukraynada müharibə ilə bağlı öz ölkəsinin rəsmi mövqeyini açıqlayıb. O, çıxışında ərəb ölkələrinə müraciət edərək, onları Ukrayna xalqına daha çox yardım etməyə çağırıb.

Volodimir Zelenski bildirib ki, ukraynalılar müharibə istəmir və öz torpaqlarını azad etmək uğrunda döyüşürlər. O əlavə edib ki, Səudiyyə Ərəbistanı ukraynalı hərbi əsirlərin azad edilməsində uğurlu vasitəçilik edir. 
Qeyd edək ki, Ukrayna rəhbəri Səudiyyə Ərəbistanından sonra G7 - “Böyük yeddilik” sammitində iştirak etmək üçün Yaponiyaya yola düşəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO