“Ümid edirik ki, Moskvadakı bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
“Sonuncu görüşümüz uzun müddət qabaq olub. Çox sayda yeni mövzu yaranıb. Ümid edirəm ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək və sizin birbaşa dialoqunuz əlavə nəticələrin əldə olunmasına kömək edəcək”, - o vurğulayıb.
“Üçtərəfli formatda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı bütün müzakirələrə nəzər salmağı və Rusiya Federasiyasının bunu asanlaşdırmaq üçün istifadə edə biləcəyi imkanları nəzərə alaraq gələcək addımların razılaşdırılmasını təklif edərdim”, - Rusiya XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatlarda dayanıqlı həllə nail olmaq üçün “yol xəritəsi” var.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:49 / 19.05.2023
Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”
Hazırda oxunan: Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”
Hazırda oxunan: Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”
136856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.