"Ölkəmizdə Aliment Fondu yaradılmalıdır " – Ali Məhkəmə  

Hazırda oxunan: "Ölkəmizdə Aliment Fondu yaradılmalıdır " – Ali Məhkəmə  

136833

"Hakimlər hissiyata qapılıb qərar verməməlidir və hüququn aliliyini təmin olunmalıdır. Azərbaycan hakimləri qorxmazdır. Bugünkü qanunvericiliyimiz nikahın pozulması ilə bağlı tələbləri rədd edə bilmir".  

Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilən 3 bölgədə ailə mərkəzi AÇILACAQ  


O, bildirib ki, nə vaxt nikahın pozulmasına dair tələbləri sürətləndirsək, o zaman hakimlərin cəsarətini görə biləcəyik: 

"Bir nikahın pozulmasından 10-dan çox mübahisələr yaranır. Problem pozulan ailə münasibətlərində sivil formasının olmamalıdır. Nikahı pozulan tərəflər mütləq düşmənə çevrilir. Çox ciddi problemlərdən biri isə himayə komissiyalarının yatadılmamasıdır. Ailə münasibətlərində kişilərə qarşı diskriminasiya mövcuddur. 99 faiz nikah pozulanda uşaqlar anada qalır. Biz daha çox qadına inanırıq. Çalışırıq ki, xanımları müdafiə edək" 

Sənan Hacıyev Aliment Fondunun yaradılması məsələsini də vacib sayıb. O deyib ki, aliment məsələsinin həlli üçün Fondun yaradılmasını Ali Məhkəmə də dəstəkləyir.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO