Baş Prokurorluq və Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalandı

Baş Prokurorluq və Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalandı

Hazırda oxunan: Baş Prokurorluq və Dövlət İdarəçilik Akademiyası arasında memorandum imzalandı

13676

Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətlərindən olan prokurorluq orqanlarında peşə hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi, ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu tədbirlərin davamı olaraq, martın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.

 

MÖVZU İLƏ BAĞLI:

Dövlət əleyhinə çağırışlar edən şəxsin işi məhkəməyə göndərildi - RƏSMİ


Tədbir çərçivəsində akademik Urxan Ələkbərov ilə Baş prokurorun müavini Elmar Camalov arasında görüş keçirilib.

Görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə iştirak ediblər.

Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Bundan əlavə, Elmar Camalov və akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivi ilə görüşdə çıxış ediblər.

Elmar Camalov çıxışında Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, dahi Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə mübariz Xalqımızın Vətən müharibəsində qazandığı Zəfər, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanlar, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, tədris və peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər, həmçinin hər iki qurum arasında əməkdaşlıq əlaqələrinin verəcəyi töhfələr barədə məlumat verib.

Akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivinə hazırkı dövrdə aktuallığı ilə seçilən "Qlobal çağırışların idarə edilməsində yeni texnologiyalar:

Azərbaycan Respublikasının uğurlu təcrübəsi” mövzusunda təqdimat edib.

 

Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.


Memorandum birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO