Azərbaycan NATO PA-nın yaz sessiyasında TƏMSİL OLUNACAQ 

Azərbaycan NATO PA-nın yaz sessiyasında TƏMSİL OLUNACAQ 

Hazırda oxunan: Azərbaycan NATO PA-nın yaz sessiyasında TƏMSİL OLUNACAQ 

136744

Mayın 19-dan 23-dək Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, ölkəmizi bu tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev təmsil edəcəklər. 

NATO PA-nın yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO