Hava şəraiti baramaçılıqda hansı problemləri YARADIB? – FOTO 

Hava şəraiti baramaçılıqda hansı problemləri YARADIB? – FOTO 

Hazırda oxunan: Hava şəraiti baramaçılıqda hansı problemləri YARADIB? – FOTO 

136703

Ölkəmizdə baramaçılığın inkişafına dair Dövlət Proqramı icra olunur. Fermerlərə hər cür dəstək göstərilir. Lakin builki hava şəraiti ipək qurdlarının sürətli inkişafına və nəticə etibarı ilə onun barama sarımasına ciddi təsir göstərir. 

Bizim.Media-nın yerli bürosu ölkəmizdə bu sahə üzrə mərkəz sayılan Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevlə əlaqə saxlayaraq son vəziyyətlə maraqlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkili alimlər ipəkqurdunun yeni sortlarının yaradılması üzərində işləyirlər - FOTO


Ə. Fətəliyev bildirib ki, ipəkqurdu fermerlərə aprelin son günləri paylanmağa başlayıb. Həmin dövrdən ölkə ərazisində qeyri-sabit hava hökm sürür ki, bu da baramaçılıq üçün o qədər də əlverişli sayılmır.

Xüsusən son günlər temperaturun aşağı düşməsi, yağış yağması ipəkqurdunun barama sarıma dövrünün bir neçə gün uzanması ilə nəticələnib. Bu səbəbdən də dağlıq və dağətəyi bölgələrdə barama tədarükünə bu ayın sonu ya da iyunun əvvəllərində başlanılması nəzərdə tutulur. 

Əkrəm Fətəliyev baramaçılıqla məşğul olan bütün fermerlərlə mütəmadi əlaqə saxlandığını, onların təsərrüfatlarına baş çəkildiyini, lazımı məsləhət verildiyini diqqətə çatdırıb.  

Damazlıq İpəkçilik Stansiyasının direktoru onu da əlavə edib ki, müəssisədə tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının - elit və superelit toxumun hazırlanması üçün damazlıq barama yetişdirilir: 

“Hazırda ayrı-ayrı otaqlarda iki cinsdən olan ipəkqurdunun yemlənməsi həyata keçirilir. İpəkqurdları dördüncü yaş dövründədir. Hər cinsdən 100-110 kiloqram yaş barama gözlənilir. Bu cinslərdən alınacaq baramadan çıxan kəpənəklər daha sonra stansiyada cütləşdirilərək hibrid toxum hazırlanacaq və növbəti mövsümdə kümçülərə paylanılacaq”. 

Qeyd edək ki, hazırda bir kiloqram yaş barama üçün fermerlərə 11 manat vəsait ödənilir. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO