Naxçıvana gedən dəmir yolunun bərpası ilə bağlı müsbət anlaşma var - Paşinyan

Naxçıvana gedən dəmir yolunun bərpası ilə bağlı müsbət anlaşma var - Paşinyan

Hazırda oxunan: Naxçıvana gedən dəmir yolunun bərpası ilə bağlı müsbət anlaşma var - Paşinyan

136684

Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən dəmir yolunun bərpası ilə bağlı müsbət anlaşma formalaşıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Lakin mən hələlik əvvəlki təcrübəni nəzərə alaraq məlumatları konkretləşdirməkdən çəkinəcəyəm", - Ermənistanın baş naziri Brüssel görüşünün nəticələrini şərh edərkən qeyd edib.

O, həmçinin bəyan edib ki, Ermənistan ən qısa zamanda regionda kommunikasiyaların açılmasına hazırdır:

"Bu, tərəflərin suverenliyi və səlahiyyətləri prinsipləri əsasında edilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO