“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi - VİDEO

“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi - VİDEO

Hazırda oxunan: “Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi - VİDEO

136647

Bir neçə gündür erməni mediası və siyasətçilərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi barədə yaydıqları məlumatın yalan olduğu bir daha təsdiqini tapdı.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə “Laçın” sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə, heç bir narahatlıq yaradılmadan hərəkət etməsinin görüntüləri yayılıb.

Həmin kadrlardan da bir daha görünür ki, BQXK-nin fəaliyyətinə heç bir maneə yaradılmayıb.

Qeyd edək ki, erməni siyasətçilər və media mənsublarının Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratdığı barədə təbliğatını Qırmızı Xaçın İrəvan bürosu təsdiqləməmişdi. BQXK də yayılan məlumatın əsası olmadığını, müraciət edildiyi halda fəaliyyətlərinə uyğun Xankəndiyə gedə bildiklərini açıqlamışdılar.

Həmin görüntüləri təqdim edirik:

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO