Bu il dövlət büdcəsinin gəlirləri 8,3 milyard manata ÇATDI – RƏSMİ  

Bu il dövlət büdcəsinin gəlirləri 8,3 milyard manata ÇATDI – RƏSMİ  

Hazırda oxunan: Bu il dövlət büdcəsinin gəlirləri 8,3 milyard manata ÇATDI – RƏSMİ  

136632

2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 8 milyard 290,0 milyon manat təşkil edib.  

Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsinin yaydığı aylıq bülletendə, büdcənin icrasında yaranmış 1 milyard 723,0 milyon manatlıq profisit ümumi daxili məhsulun 5,7 faizinə bərabər olduğu diqqətə çatdırılıb.  

Daxilolmaların 4,3 faizi, yəni 359,7 milyon manatı fiziki şəxslərin gəlir vergisi, 35,1 faizi, yəni 2 milyard 913,6 milyon manatı hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 25,8 faizi, yəni 2 milyard 140,1 milyon manatı əlavə dəyər vergisi, 4,7 faizi, yəni 387,2 milyon manatı xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,7 faizi, yəni 306,4 milyon manatı aksizlər, 1,1 faizi, yəni 87,2 milyon manatı sadələşdirilmiş vergi, 23,4 faizi, yəni 1 milyard 938,4 milyon manatı isə vergi olmayan gəlirlər hesabına təmin edilib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO