Gömrük postlarında 633 kiloqramdan çox narkotik vasitə AŞKAR OLUNUB – FOTO

Gömrük postlarında 633 kiloqramdan çox narkotik vasitə AŞKAR OLUNUB – FOTO

Hazırda oxunan: Gömrük postlarında 633 kiloqramdan çox narkotik vasitə AŞKAR OLUNUB – FOTO

136625

Cari ilin 4 ayı ərzindən gömrük orqanları tərəfindən 71 qaçaqmalçılıq faktı aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq hesabatda əks olunub. 

Ötən ilin müvafiq dövründə isə bu halla bağlı 35 fakt aşkar olunub. Burdan da aydın olub ki, bir il ərzində qaçaqmalçılıq hallarında 36 fakt artıb. 

Aşkar olunan faktların 40-ı narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olub. Belə ki, aşkar olunan narkotik vasitələrin ümumi həcmi 633 368.082 qram, psixotrop maddələrin ümumi həcmi isə 3 866.22 qram təşkil edib.  

Ötən ilin eyni dövründə isə aşkar olunan narkotik vasitələrin ümumi miqdarı 441 590.37 qram, psixotrop maddələrin miqdarı isə 309 512.35 qram olub.  

Gömrük ödənişlərinin ödənilməsindən yayınma halları ilə bağlı 6 fakt, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə halı ilə bağlı 38 fakt aşkar edilib.

Digər cinayət xarakterli hadisələrlə bağlı 534 fakt və bu əməlləri törədən 645 nəfər aşkar olunub. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO