Bu il Azərbaycan ixracdan 12,5 milyard dollar gəlir əldə edib – FOTO   

Bu il Azərbaycan ixracdan 12,5 milyard dollar gəlir əldə edib – FOTO   

Hazırda oxunan: Bu il Azərbaycan ixracdan 12,5 milyard dollar gəlir əldə edib – FOTO   

136616

Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının xarici ölkələrə həyata keçirdiyi ixrac əməliyyatlarından 12 milyard 584 milyon 812.94 min ABŞ dolları həcmində gəlir əldə edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq hesabatda əks olunub. 

Ötən ilin müvafiq dövründə isə bu gəlirlərin ümumi həcmi 11 milyard 823 milyon 376.95 min ABŞ dolları təşkil edib. Hesablamalardan da görünür ki, bir il ərzində cəmi 765 milyon 435,99 min ABŞ dolları və ya 1,49 faiz gəlir əldə edilib. 

İxracdan gələn gəlirin 5 milyard 694 milyon 041.51 min ABŞ dolları dövlət sektorlarının, 6 milyard 840 milyon 464.90 min ABŞ dolları özəl sektorun, 50 milyon 306.53 min ABŞ dolları isə fiziki şəxslərin həyata keçirdiyi əməliyyatlardan əldə edilib. 

Azərbaycan Respublikası yüksək məbləğli ixrac əməliyyatlarını əsasən Müstəqil Dövlət Birliyinə və Avropa İttifaqına daxil olan və heç bir birliyə daxi olmayan ölkələrlə həyata keçirib.

Belə ki, MDB ölkələri ilə 480 milyon 935.03 min ABŞ dolları (İxracda xüsusi çəkisi - 3.82 faiz), Aİ ölkələri ilə 8 milyard 460 milyon 125.79 min ABŞ dolları (67.22 faiz), digər ölkələrlə isə 3 milyard 643 milyon 752.12 min ABŞ dolları (28.96 faiz) həcmində ixrac həyata keçirilib. 

Cari dövrdə ixrac əməliyyatlarının ən aşağı həddi yanvar ayında qeyd alınıb ki bunun da ümumi məbləği 1 milyard 876 milyon 809.25 min ABŞ dolları olub. Ən yüksək hədd is aprel ayında baş verib və bu məbləğ 4 milyard 843 milyon 484.16 min ABŞ dolları səviyyəsindədir.  
Qeyd edək ki, qeyri-neft sektoru (2709-2715 mal mövqeləri istisna olmaqla) üzrə ixracın həcmi 1 milyard 187 milyon 218.66 min ABŞ dolları təşkil edib ki, bunun da ixracdakı xüsusi çəkisi 9,43 faiz olub. Humanitar yük, təmənnasız kömək və texniki yardımdan əldə edilən gəlirin ümumi dəyəri isə 14 milyon 392.04 min ABŞ dolları, ixracdakı xüsusi çəkisi isə 0,11 faiz təşkil edib. 


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO