Onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsi gündəmdə deyil.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT
Agentlikdən qeyd olunub ki, bəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması nəzərdə tutulub.
Xatırladaq ki, ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil ediləcəyini açıqlamışdı.
O , onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramının olduğunu, həmçinin bu xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlərin həyata keçirildiyini vurğulamışdı. Hətta bunun 200 milyona yaxın vəsait tələb etdiyini də qeyd etmişdi.
Qeyd edək ki, ölkəmiz artıq üç ildir ki, icbari tibbi sığortaya keçib. Mərhələli şəkildə xəstəliklər bu siyahıya daxil edilsə də onkoloji xəstəliklərlə bağlı məsələyə baxılmır. Halbuki onkoloji xəstəliklərin bu paketə əlavə edilməsi bir çox insanların problemlərinin həll olunmasına çox böyük kömək olacaq.
Tibb ekspertləri hesab edir ki, əgər Azərbaycanda icbari tibbi sığorta tətbiq olunursa, bu xəstəlik də ora daxil olmalıdır.
Alçina Amilqızı, Bizim.Media