Güləşçilərimiz Astanada üç medal QAZANDI 

Güləşçilərimiz Astanada üç medal QAZANDI 

Hazırda oxunan: Güləşçilərimiz Astanada üç medal QAZANDI 

136571

Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnir davam edir.  

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə ilk medalçılar müəyyənləşib.  

Ruslan Nurullayev (72 kq) qızıl, İsmayıl Rzayev (82 kq) gümüş, Fərid Sadıxlı (55 kq) isə bürünc medal qazanıb. 

Yarışın son günündə İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) finalda güləşəcək.

Rəvan Nuriyevlə (77 kq) Aqil Musayev (77 kq) 3-cü yer uğrunda qarşılaşmaya çıxacaq. Təvəkgül Həziyev (67 kq) və Etibar Rzayev (87 kq) təsəlliverici görüşdə iştirak edəcək. 

Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO