Aradan 1 həftə keçməsinə baxmayaraq, bəzi valideynlər hələ də övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər.
Bizim.Media xəbər verir ki, qarşıdakı aylarda uşaqlarını 1-cı sinifə göndərəcək valideynlər indidən problemlə üzləşiblər.
Valideynlər bildirir ki, yaşadığı yerə yaxın ərazidə övladını məktəbə qoya bilmir.
Məsələyə Elm və Təhsil Nazirliyi də münasibət bildirib.
Nazirlikdən bildirilib ki, bu hal müvəqqətidir və yalnız sıxlıq olan məktəblərdə bu qayda tətbiq olunur. Prioritetlər üzrə qəbuldan sonra digər uşaqlara da şərait yaradılacaq.
Qeyd edək ki, bu problemlə daha çox yaşadığı yerdə qeydiyyatda olmayan, övladları həmin məktəblərdə oxumayan ailələr üzləşiblər.
Bəs bu problemin yaşanmaması üçün nə edilə bilər?
Ekspert Elşən Qafarov təklif edir ki, elektron sistem daha öncədən və daim açıq olmalıdır. Onun sözlərinə görə, belə olarsa neqativ halların qarşısını vaxtında almaq mümkün olar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
![Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO](https://bizim.media/file/articles/2023/05/18/1684385119_01-10.03.22-01.jpg)
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 18.05.2023
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO
Hazırda oxunan: Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO
Hazırda oxunan: Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirdə bilmirlər - VİDEO
136562
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.