​​​​​​​Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI 

​​​​​​​Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI 

Hazırda oxunan: ​​​​​​​Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI 

136538

Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, sənətkar bununla bağlı “Facebook” səhifəsində məlumat yayıb. 

Aktyor bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır:

“Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına, müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm. Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma qaldığı və nəzarətdə saxladığına görə təşəkkür edirəm! Hamınızdan çox razıyam, tezliklə sağalıb sizinlə görüşmək üzərə… Hörmətlə, Xalq artisti Ramiz Məlik”. 
Qeyd edək ki, bu gün redaksiyamızın əməkdaşı R.Məliklə əlaqə saxlayıb. Aktyor səhhətinin yaxşı olduğunu bildirib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO