Laszlo Vasa: “Ermənistan Qarabağda təxribat törətməyə HAZIRLAŞIR” – ÖZƏL 

Laszlo Vasa: “Ermənistan Qarabağda təxribat törətməyə HAZIRLAŞIR” – ÖZƏL 

Hazırda oxunan: Laszlo Vasa: “Ermənistan Qarabağda təxribat törətməyə HAZIRLAŞIR” – ÖZƏL 

136485

“Hesab edirəm ki, Rusiya hələ də Qarabağda baş verənlərə ciddi təsir edir. Ukraynadakı müharibənin əhəmiyyətli qüvvələri bir-birinə bağlamasına baxmayaraq Qarabağdakı gərginlik də öz aktivliyini qoruyur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı Moldova rəsmisindən EKSKLÜZİV AÇIQLAMA


O qeyd edib ki, Ermənistanın Qərblə yaxınlaşması Moskva tərəfindən müsbət qarşılanmır ki, belə olduğu təqdirdə Rusiya Azərbaycan diqtəsilə sülh müqaviləsinin bağlanmasında maraqlı olacaq:

“Deyə bilərəm ki, Ermənistanın Qərblə daha möhkəm dostluq əlaqələri qurmaq istəməsinə baxmayaraq, Rusiya amilinə görə, bu münasibətlər hələ də yüksək deyil. İrəvan Rusiyanın dəstəyi olmadan ayaqda qala bilmir. 

Heç şübhəsiz ki, İrəvanın Qərbə yaxınlaşması regionda Rusiyanın öz mövqelərini zəiflədir, çünki bu, nə İranın, nə də Rusiyanın xoşuna gəlmir. Bu səbəblərə görə, Ermənistan zaman keçdikcə Azərbaycan tərəfindən təşəbbüs göstərilən sülh yolu ilə həllə yönəlmiş müzakirələrdə iştirak etmək məcburiyyətində qalacaq. Fikrimcə, sonda Rusiya da Qarabağ ermənilərinə səxavətli təminat verdiyi üçün Bakının müdafiə etdiyi sülhü dəstəkləyəcək”, - deyə L.Vasa qeyd edib. 

Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edən professor əlavə edib ki, Prezident İlham Əliyev həmin tədbirdə Ermənistana sərt xəbərdarlıqlar edib.

“Aydındır ki, Ermənistan Qarabağdan əl çəkməyib və hətta artıq işğaldan azad edilmiş ərazilərdə də partizan müqavimətinə hazırlaşır. Bunu Laçın dəhlizində humanitar və ya mülki məqsədlər üçün göndərişlər adı altında Xankəndinə aparılarkən ələ keçirilmiş hərbi materiallar da sübut edir. 

Şübhə etmirəm ki, beşillik keçid dövrü başa çatdıqdan sonra, təxribat baş verəcəyi təqdirdə, hətta ondan əvvəl də - BMT-nin müvafiq, indi 30 illik qətnamələrinə uyğun olaraq Qarabağın Azərbaycanın tərkibində ərazi bütövlüyü bərpa olunacaq. Rusiyanın regionda potensial münaqişələri tərk etməkdə maraqlı olduğu aşkardır, lakin ermənilərin Qərb və İranla dostluğu bu mövqeyi dəyişə bilər”, - deyə L.Vasa əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO