“Azərbaycanın Ukraynaya humanitar yardımı davam edir” - Ceyhun Bayramov 

“Azərbaycanın Ukraynaya humanitar yardımı davam edir” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Azərbaycanın Ukraynaya humanitar yardımı davam edir” - Ceyhun Bayramov 

136471

“Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində bildirib. 

“Azərbaycan Ukraynadakı hazırki böhranın Avropada sülh və təhlükəsizliyə xələl gətirməkdə davam etdiyinə görə dərin təəssüf hissi keçirir. Azərbaycan münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında tezliklə nizamlanmasının tərəfdarıdır.

Ağır humanitar nəticələr insanların əzablarını yüngülləşdirmək üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu səbəbdən Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir”, - XİN rəhbəri deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO