Məktəbi “2” ilə bitirənlərə ATTESTAT verilməsin – Yeni TƏKLİF 

Məktəbi “2” ilə bitirənlərə ATTESTAT verilməsin – Yeni TƏKLİF 

Hazırda oxunan: Məktəbi “2” ilə bitirənlərə ATTESTAT verilməsin – Yeni TƏKLİF 

136468

“Tədris ilini “2” ilə bitirən şagirdlərə attestat verilməməlidir. Bu əməl şagirdlərin təhsilə cəlb və təhrik olunması üçün yardım vasitəsi ola bilər”.

Bu təkliflə Bizim.Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi çıxış edib. 
 

MÖVZU İLƏ BAĞLI:

"3-7 şagirdin oxuduğu məktəbdə tədrisin təşkili problemdir"- Emin Əmrullayev


Ekspert Elm və Təhsil Nazirliyinin bu istiqamətdə əməli addımlar atmasını və xüsusi müddəalar hazırlamasını vacib sayır:

“İstər 9 illik, istərsə də 11 illik təhsil bazasında illik qiymətləndirilməsindən “2” alan şagirdlərə attestatın verilməsinin şahidi oluruq. Həmin şagirdlərin normal təhsil ala bilmədikləri öz əksini müvafiq dövlət nümunələri sənədlərində tapsa belə, faktiki olaraq onları təhsilsiz cəmiyyətə buraxırıq. Bunun isə ağrı-acısını bütün cəmiyyət və dövlət çəkir. 

Bu il 9 illik bazanı təxminən 120-130 min, 11 illik bazanı isə 100-108 min şagird bitirir. Nəticə etibarilə oxuyana da, oxumayana da attestat veririk. Bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişiklik olmalıdır. Elm və Təhsil Nazirliyi bütün təhsil müəssisəsi rəhbərlərinə bu barədə tapşırıq verməlidir ki, tədris ilini “2” ilə bitirən şagirdlərə müvafiq sənəd verilməsin”. 

Elçin Əfəndi əlavə edib ki, hətta 4-cü sinifə qədər oxumayan şagirdlər 5-ci sinifə keçirilir. Buna yol verilməməlidir:

“Əvvəllər sinifdəqalma məsələsi vardı və oxumayan şagirdlərin yuxarı pillələrə keçirilməsinə imkan verilmirdi. Son dövrlər isə bəzi şəxslər müəyyən üsullarla korrupsiya faktı və ya tanışlıqla uşaqların sinifdən-sinfə addımlamasına şərait yaradırlar. Nəticə etibarilə nə qədər təhsilsiz şəxsi formalaşır. Şagirdlərdə də bu məsələ ilə bağlı arxayınlıq yaranıb. Düşünürlər ki, “2” alsalar belə onlara attestat  veriləcək. Bu streotipin qırılması üçün qəti addımlar atılmalıdır”, - deyə ekspert əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO