Ağdam rayonunda vəzifəli şəxs minaya düşdü - RƏSMİ - FOTO

Ağdam rayonunda vəzifəli şəxs minaya düşdü - RƏSMİ - FOTO

Hazırda oxunan: Ağdam rayonunda vəzifəli şəxs minaya düşdü - RƏSMİ - FOTO

13644

Ağdam rayonunda vəzifəli şəxs minaya düşüb.

Bizim.Media-ya xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO