Şəbnəm Tovuzlu: “Həyat yoldaşımdan xəyanət görməmişəm” - VİDEO

Şəbnəm Tovuzlu: “Həyat yoldaşımdan xəyanət görməmişəm” - VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Həyat yoldaşımdan xəyanət görməmişəm” - VİDEO

136393

“Çox təvazökar insan olmamışam. Qarşımda o cür insanları da sevmirəm. Kim olursan ol, insan ol. Kənddə yaşayan insanları niyə sevirəm, çünki özüm də kənddə böyümüşəm. Sosial şəbəkə haqqımda çox rast gəldiyim söz “Kənddən gəldi, bu da adam oldu. Bu söz mənim çox qəlbimə dəyir və məni qıcıqlandırır. Bu sözlə heç zaman razılaşmamışam. İnsanın qəlbində, şüurunda, beynində insanlıq olsun gərək. Görünüşcə insana dəyər vermək doğru deyil. İnsanı bir saat da olsa tanımalısan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “13 sual” verilişində deyib.

Bahalı geyim geyinmədiyini söyləyən sənətçi ən çox pulunu çanta və ayaqqabılara xərclədiyini bildirib: 

“Bahalı geyim alan deyiləm, çünki bunu bir dəfə geyinirəm. Geyimə 200 manata qədər pul xərcləyərəm. Hazırda əynimdə olan geyimimin qiyməti 200 manatdır. Bu geyimi geyindim bir daha geyinməyəcəyəm. Ən çox sevdiyim çanta və ayaqqabıdır. Onların içərisində bahalıları da var. Ən bahalı çantamı İstanbuldan almışam, qiyməti 1200 manatdır. Ayaqqabım isə 500, 400 manatdır. Çox zövqlü xanımam. Hər şeyin qədərini və yerini bilirəm. Əgər zövq açıq-saçıqdan irəli gəlirsə, o zövq deyil. Elə geyim olub ki, 2000 manat dəyəri olub əynimə geyinmişəm, amma mənə yaraşmayıb. Özümü onun içində çox ucuz hiss etmişəm. Bu dəqiqə şou-biznesdə elə bərbad geyinənlər var ki... Onlara heç nədemirlər, amma mən yazıq hər zaman, hər şeyi nəzarət edirəm, mənə deyirlər. Haqqımda bir iki nəfər var ki, ağzından geyimim haqqında efirdə bir-iki xoşagəlməz sözlər çıxır”. 

“Həyat yoldaşınız sizə xəyanət edib?” sualına isə Şəbnəm “Qadınlar deyirlər ki, kişilərə inam yoxdur. Həyat yoldaşımdan xəyanət görməmişəm. Heç zaman xəyanəti ağlıma da gətirmirəm” cavabını verib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO