Birinci divizion: Çempion məğlub oldu

Birinci divizion: Çempion məğlub oldu

Hazırda oxunan: Birinci divizion: Çempion məğlub oldu

136352

Birinci Divizionda 29-cu tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 5 görüş baş tutub.  

“Səbail-2” ilə MOİK arasındakı oyunda qapılara qol vurulmayıb. “Zaqatala” ilə “Qəbələ2-” arasındakı oyunda da qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” “Mingəçevir”i minimal hesabla yenib.  
“Qarabağ”la “Turan Tovuz”un əvəzediciləri arasındakı oyunda qonaqlar inamlı qələbəyə sevinib. Çempionluğu təmin etmiş “Araz Naxçıvan” isə bu turda “Neftçi-2” ilə görüşdən məğlub ayrılıb. 

I Divizion 

29-cu tur 

16 may 

Qarabağ-2 – Turan Tovuz-2 1:3 

Qol: Seyxan Fərəcov, 63 – Rəşad Əliyev, 28. Ramin Süleymanov, 42. Famil Camalov, 90+2. 
Binə qəsəbə stadionu 

Zaqatala – Qəbələ-2 2:2 

Qol: Bəhruz Teymurov, 34-pen. Cavid Həşimov, 86 – Mehrac Baxışlı, 11. Rauf Məhərrəmov, 18. 

Zaqatala OİK stadionu 

Neftçi-2 – Araz Naxçıvan 2:1 

Qol: Elşad Tağıyev, 43-pen. Fariz Xeyrullayev, 63 – Fərid Kərimzadə, 49. 

Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança) 

Səbail-2 – MOİK 0:0 

“ASCO Arena”. 

Qaradağ Lökbatan – Mingəçevir 1:0 

Qol: Ürfan İsmayılov, 56. 

Lökbatan OİK stadionu 

18 may 

16:30. Sumqayıt-2 – Şamaxı-2 

“Sumqayıt Arena” (ehtiyat meydança) 

17:00. İmişli – Zirə-2 

Heydər Əliyev adına İmişli şəhər stadionu 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO