İran İsraillə müharibəyə görə hər gün cihadçılara 5 milyon dollar verəcək

İran İsraillə müharibəyə görə hər gün cihadçılara 5 milyon dollar verəcək

Hazırda oxunan: İran İsraillə müharibəyə görə hər gün cihadçılara 5 milyon dollar verəcək

136287

İran İslam Respublikası Fələstinin "İslami Cihad" hərəkatı ilə İsrail arasında silahlı qarşıdurmanın hər günü üçün hərəkata 5 milyon dollar ödəyəcəyini vəd edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin "Kanal 12"  telekanalı yayıb.

Mənbə yazır ki, İranın maliyyə vədi sözügedən qruplaşmaya Qəzzada İsrail ordusu ilə Fələstinin "İslami Cihad" qüvvələri arasındakı son qarşıdurma zamanı verilib.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani mayın 12-də Məşhəd şəhərindəki çıxışı zamanı deyib: 

“İnqilab rəhbərinin əmrinə əsasən, biz hamımız bacardığımız qədər sionist rejimin tamamilə məhv edilməsi üçün "müqavimət cəbhəsini" dəstəkləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO