\

\"Orta-ixtisas pilləsi anlayışı dünyanın heç bir ölkəsində yoxdur\" – Nazir müavini 

Hazırda oxunan: \"Orta-ixtisas pilləsi anlayışı dünyanın heç bir ölkəsində yoxdur\" – Nazir müavini 

136264

"Bizim qanunvericilikdə olan orta-ixtisas pilləsi anlayışı dünyanın heç bir ölkəsində yoxdur". 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış konfransında bildirib. 

Onun sözlərinə görə, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır:  

"Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalıyıq. Eyni zamanda kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə müsbət təsir üçün yanaşmamızı dəqiqləşdirməliyik". 

Nazir müavini əlavə olaraq deyib ki, Milli Məclisdə müzakirə edilən "Ali təhsil haqqında" qanundakı maddələrin birində ali təhsilə aid edilən kvalifikasiyalar maddəsi var:  

"Biz həmin maddədə 5-ci səviyyəni ali təhsilə aid edilən kvalifikasiya səviyyəsi kimi müəyyən etmişik. Dünyada da qəbul edilən bir yanaşmadır. Düşünürəm ki, qanun qəbul ediləcəyi halda orta ixtisas təhsil pilləsi ali təhsilin pilləsi kimi sayılmayacaq", - deyə İ.İsayev qeyd edib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO