Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçildi - FOTO/YENİLƏNİB

Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçildi - FOTO/YENİLƏNİB

Hazırda oxunan: Naxçıvanın Ali Məclis sədrinə yeni müavin seçildi - FOTO/YENİLƏNİB

136216

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib. 

Bizim.Media xəbər verir ki, hazırda sessiya davam edir. 

Qeyd edək ki, Anar ibrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. 

Bizim.Media

*** 11:13

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası başlayıb.

Bizim.Media xəbər verir ki, onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO