Rus ordusu yenə Kiyevi atəşə tutdu - 3 YARALI VAR

Rus ordusu yenə Kiyevi atəşə tutdu - 3 YARALI VAR

Hazırda oxunan: Rus ordusu yenə Kiyevi atəşə tutdu - 3 YARALI VAR

136181

Mayın 16-da gecə Ukraynanın paytaxtı Kiyevin atəşə tutulması nəticəsində şəhərin bir sıra rayonlarına raket qalıqları düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb.

“Hava hücumu davam edir, sığınacaqlarda qalın!”, - o yazıb. Eyni zamanda, o əlavə edib ki, hadisədə üç nəfər yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko paytaxtın Obolonski və Darnitski rayonlarında qalıqların düşməsi barədə məlumat verib.

“Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir. Hava hücumu xəbərdarlığı bitənə qədər sığınacaqlarda olun!”, - Popko bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO