Rusiyalı sədr:

Rusiyalı sədr: "İlham Əliyev Qarabağı vətənə qaytardı"

Hazırda oxunan: Rusiyalı sədr: "İlham Əliyev Qarabağı vətənə qaytardı"

136174

“Azərbaycan Prezidenti İlham Əliyev atasının əsas vəsiyyətlərindən birini yerinə yetirdi: Qarabağı vətənə qaytardı”. 

Bizim.Media xəbər verir ki, bunu Report-a Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski bildirib. 

Deputat qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını, sosial siyasətini, logistika infrastrukturunu gücləndirmək yolu ilə inamla gedir: “Azərbaycan Rusiya üçün etibarlı strateji tərəfdaşdır”. 

O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanla fəxr edə bilərdi:

“Azərbaycanın dahi oğlu Heydər Əliyevin anadan olmasından 100 il keçir və bu gün o, oğluna baxaraq, gördüyü işlərlə fəxr edə bilər. Azərbaycan postsovet məkanından çox-çox kənarda çiçəklənən iqtisadiyyata malik, enerji asılılığı olmayan müstəqil dövlətə çevrilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO