Paytaxtda REYD: Bu marketdə unlu qənnadı məmulatlarının istehsalı dayandırılıb - FOTO 

Paytaxtda REYD: Bu marketdə unlu qənnadı məmulatlarının istehsalı dayandırılıb - FOTO 

Hazırda oxunan: Paytaxtda REYD: Bu marketdə unlu qənnadı məmulatlarının istehsalı dayandırılıb - FOTO 

136142

Bakıda marketdə unlu qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb. 

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, M.Əzizbəyov küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən “Laçın” marketdə plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin unlu qənnadı məmulatlarının emalı ilə bağlı qeydiyyatdan keçmədiyi və çıxarışla təmin olunmadığı, emal prosesində texnoloji ardıcıllığın pozulduğu, temperatur rejiminə əməl olunmadığı məlum olub. 

Belə ki, emal sahəsində xammalların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, istifadə olunan yağların saxlanma temperaturuna əməl edilmədiyi, soyuducuda yarımfabrikat, ət, toyuq və tərəvəz məhsullarının mal qonşuluğu prinsipinin pozulduğu, yarımfabrikatların və hazırlanan məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq markalanmanın aparılmadığı, markalanması aparılmamış 315 ədəd yumurta aşkar edilib.
Qida obyektində işçi heyət üçün soyunub-geyinmə sahəsinin, xammalların saxlanılması, alət, avadanlıq və xammalların yuyulması üçün ayrıca sahələrin, yuma çanaqlarının təşkil edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların qaraldığı, soyuducu kameranın divar səthlərində, döşəmədə, tavan hissəsində korroziya əlamətləri, bəzi xammalların saxlanıldığı rəflərin səthlərinin üzlənməsində hamar, yuyula bilən, korroziyayadavamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, qida tullantıları üçün ağzı kip qabların ayrılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən olunub. 

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. Həmçinin ticarət obyektinin unlu qənnadı məmulatlarının emalı sahəsində istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO