Türkiyədə prezident seçkisinin ikinci turunun təqvimi açıqlandı - FOTO 

Türkiyədə prezident seçkisinin ikinci turunun təqvimi açıqlandı - FOTO 

Hazırda oxunan: Türkiyədə prezident seçkisinin ikinci turunun təqvimi açıqlandı - FOTO 

136141

Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması və  təqvimi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ali Seçki Şurası (YSK) məlumat yayıb. 

Bildirilib ki, əvvəlki qaydada sənədlərdə birinci Ərdoğanın adı yazılacaq. 

Məlumata görə, ikinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq.

Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq.

Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək. 

Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO