Qavidən

Qavidən "Barselona"dan ayrılacağı xəbərinə MÜNASİBƏT 

Hazırda oxunan: Qavidən "Barselona"dan ayrılacağı xəbərinə MÜNASİBƏT 

136140

"Barselona"nın futbolçusu Qavi Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib:

"Xəyallarımın klubu ilə ilk çempionluq mənim üçün yuxu kimidir. Ümid edirəm ki, növbəti mövsümlərdə daha çox kubok qazanarıq. Buradan ayrılmaq fikrim yoxdur". 

Qeyd edək ki, Qavi "Barselona" ilə 2026-cı ilin iyununa kimi yeni müqavilə imzalayıb.

Lakin La Liqa onu qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün Qavi ilə "Barselona" arasında müqavilənin mövsümün sonunda başa çatması mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO