İrəvandan rəsmi açıqlama: “Bakıda yüzdən çox Ermənistan vətəndaşı var”

İrəvandan rəsmi açıqlama: “Bakıda yüzdən çox Ermənistan vətəndaşı var”

Hazırda oxunan: İrəvandan rəsmi açıqlama: “Bakıda yüzdən çox Ermənistan vətəndaşı var”

13614

Bakı yüzdən artıq Ermənistan vətəndaşını saxlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Ermənistanın diaspor işləri üzrə baş müvəkkili Zare Sinanyan bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana müxalif olanlar yenə İrəvan küçələrində toplaşacaq: “Bura səngərimizdir”


Sinanyan əlavə edib ki, o, fevralın 24 -dən martın 2-dək Rusiyaya səfəri zamanı bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə təmaslarda müzakirə edib. 

"Bizim üçün ən başlıca mövzu erməni hərbi əsirləri və saxlanılmış şəxslərin Azərbaycandan qayıtmasıdır... Mən bilirəm ki, onların sayı yüzdən çoxdur, amma konkret rəqəm açıqlanmayıb. Ona görə də biz dialoq aparırıq, çünki aydınlaşdırmaq istəyirik ki, Azərbaycan əsirliyində nə qədər insan olub, onlar (Bakı nəzərdə tutulur) bunu daha yaxşı bilirlər. Hərbi əməliyyatlar nəticəsində əsir və itkin düşənlərin siyahısı var. Bu rəqəmlər daim dəyişir", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Moskva bundan sonra da bu məsələnin həllinə kömək edəcək.

"Ümid edirik ki, Rusiya Federasiyası ilə işimizdə uğur qazana bilərik. Moskva bu məsələnin həllinə kömək edəcəyini vəd edir və biz onlara inanırıq. Bu məsələnin uzanması Ermənistan ilə Azərbaycan arasında dialoqun başlamasını ləngidir", - deyə Sinanyan bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında “Bakı bütün hərbi əsirləri İrəvana qaytarıb” ifadəsini işlədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO