Respublika Stadionunun ot örtüyü yenilənir

Respublika Stadionunun ot örtüyü yenilənir

Hazırda oxunan: Respublika Stadionunun ot örtüyü yenilənir

136130

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. 

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır. 

Bildirilib ki, meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır:

"Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah" - “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb". 

Meydançanın tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO