Zəngəzur dəhlizi üçün SON ADDIMLAR – “Sərhəd postu qurulacaq, sonra isə...”

Zəngəzur dəhlizi üçün SON ADDIMLAR – “Sərhəd postu qurulacaq, sonra isə...”

Hazırda oxunan: Zəngəzur dəhlizi üçün SON ADDIMLAR – “Sərhəd postu qurulacaq, sonra isə...”

136073

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə əldə edilən əsas irəliləyiş Zəngəzur dəhlizi məsələsində olub. Bunu Ş. Mişelin açıqlamasından da görmək olar.

O keçirdiyi brifinqdə bildirib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Onun dediyinə görə, bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb:

“Bu yaxınlaşma xüsusən də Naxçıvan və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlıdır. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər.

Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Zəngəzur dəhlizi uğrunda müharibəyə hazırlaşır


Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri qeyd edir ki, Zəngəzur yolu Ermənsitanın yurisdiksiyasında, dövlət strukturlarının yaradılması və nəzarəti çərçivəsində həyata keçiriləcək:

“Bu isə Bakının Azərbaycan-Ermənistan sərhədində, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi yaratmasından sonra mümkün olub. Çünki ona qədər Laçın dəhliz statusunda fəaliyyət göstərirdisə, 10 noyabr sənədinə görə, kompensasiya olaraq Zəngəzur keçidi də dəhliz statusunda fəaliyyət göstərməli idi. Proses həmçinin Rusiya sərhəd qoşunlarının nəzarətində olmalı idi. İrəvan prosesi sabotaj edərək buna getmədi. Laçında sərhəd-keçid məntəqəsi yaradılandan sonra Zəngəzurun da artıq yol statusunda fəaliyyət göstərməsi razılaşdırıldı. Bunun nəticəsində Ermənistan birbaşa Naxçıvan vasitəsilə İrana da dəmir yolu xətti əldə edəcək. Gələcək perspektivdə isə İrəvan həmin dəmir yolundan Naxçıvandan birbaşa Türkiyə, oradan da Avropaya birbaşa çıxış əldə edəcək”.

Ekspert bildirir ki, İrəvan Ümumdünya Gömrük Təşkilatını dəvət etməklə prosesi məhz onların maliyyəsilə həyata keçirməyə çalışır:

“Keçid məntəqəsi yaradılandan sonra Zəngəzur yolunda Ermənistan qanunları çərçivəsində sərhəd-gömrük strukturlarının yaradılması da qeydə alınacaq. Bu yöndə Ermənistana yardım olunacaq. Əslində Ümumdünya Gömrük Təşkilatı kimi beynəlxalq qurumları prosesə dəvət etməklə İrəvan hər şeyi onların maliyyəsilə həyata keçirmək istəyir. Çünki Ermənistan dilənçi dövlətdir. Gömrük postunun yaradılması o qədər də mürəkkəb proses deyil. Bunun üçün müəyyən avadanlıqların alınmasına ehtiyac var. Ona görə də İrəvan beynəlxalq gömrük strukturlarını cəlb etməklə dolayısı ilə prosesi dünya təşkilatlarının üzərinə yıxmaq istəyir”. 

Politoloq qeyd edir ki, məsələni razılaşdırmaqla Qərb əslində dolayısı ilə regionu Rusiyanın nəzarətindən çıxarmağa çalışır: 

“Aİ və ABŞ-ın yeganə istəyi Rusiyanı regiondan vurub çıxarmaqdır. Bu günə qədər Zəngəzur yolunun açılmamasının əsas səbəbi məhz Rusiya-Qərb qarşıdurması idi. ABŞ dəhlizin Rusiyanın nəzarəti altında qalmasını istəmir. Məsələni razılaşdırmaqla Qərb dolayısı ilə regionu Rusiyanı nəzarətindən çıxarırlar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO