YAP-ın qurultayı ilə bağlı xəbər var - 200 nəfərlik tərkiblə qapalı keçiriləcək 

YAP-ın qurultayı ilə bağlı xəbər var - 200 nəfərlik tərkiblə qapalı keçiriləcək 

Hazırda oxunan: YAP-ın qurultayı ilə bağlı xəbər var - 200 nəfərlik tərkiblə qapalı keçiriləcək 

13606

Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi söylənilsə də, hakim partiya bu barədə rəsmi mövqe bildirməyə tələsmir. 

Bizim.Media-ya yaxın qaynaqlardan daxil olan məlumata görə Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçirilməsi mart ayının 5-də planlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

“YAP-da islahatları istəyərdik...” - Tural Abbaslı 

YAP-ın qurultayına aparıcı partiya liderlərindən REAKSİYA – “Dəyişiklik olsa, nə xoşbəxt bu millətə...”

YAP-da İKİTİRƏLİK – Biri qurultaya “HƏ” deyir, digəri isə “YOX”


Mövcud pandemiya səbəbindən qurultay təxminən 200 nəfərlik tərkibdə mediaya və ictimaiyyətə qapalı keçiriləcək. 

Özəl mənbələr partiyanın tərkibinin yenilənəcəyini və bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağını istisna etmirlər. Həmçinin partiyada uzun zamandır təmsil olunan yaşlı kadrların gənclərlə əvəzlənəcəyi də iddia olunur.

Məsələ ilə bağlı YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə ilə əlaqə yaratdıq. Bu barədə danışmaqdan imtina edən YAP rəsmisi partiyanın mətbuat xidməti ilə danışmalı olduğumuzu bildirib. YAP mətbuat katibi Hüseyn Paşayev isə zənglərimizə cavab verməyib. 

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov isə qurultayla bağlı onlara rəsmi göstəriş verilmədiyini deyib:

“Hələki tədbirin keçirilməsi ilə bağlı bizə məlumat verilməyib. Məlumat olarsa, hamı biləcək”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO