Brüssel görüşü hansı nəticələrlə yadda qaldı? - Tofiq Zülfüqarovun ŞƏRHİ

Brüssel görüşü hansı nəticələrlə yadda qaldı? - Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Brüssel görüşü hansı nəticələrlə yadda qaldı? - Tofiq Zülfüqarovun ŞƏRHİ

136037

Xəbər verdiyimiz kimi, dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş olub. 

Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib ki, qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün azaraq qarşı tərəfə keçən hərbi qulluqçuların tezliklə azadlığa buraxılması davam etdirilməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Şarl Mişel: “Sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır” - FOTO


Kommunikasiyalar məsələsinə toxunan Mişel qeyd edib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər. 

"İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, - Mişel qeyd edib.
O, liderlərin iyulda Brüsseldə görüşəcəyini qeyd edib.

Başlıcası isə tərəflər 1991-ci ilin Alma-Ata bəyanatına əsasən bir-birinin ərazi bütövlüyünü bir daha tanıyıblar.

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, görüşdə Zəngəzur dəhlizilə bağlı vacib fikirlər səslənib:

“Siyasi məsələlərdə irəliləyiş yoxdur. Çünki Vaşinqton görüşündən sonra Brüssel görüşündən bu istiqamətdə nəsə gözləmək mümkün deyildi. Aİ öz dəstəyini ilk növbədə maliyyə baxımından kommunikasiyaların bərpasına yönəlik layihələrə üstünlük verir. Onun nəticəsidir ki, görüşdə Zəngəzur dəhlizinə aid vacib fikirlər səslənib. 10 noyabr bəyanatında göstərilirdi ki, Zəngəzur dəhlizində təhlükəsizliyi təmin edən Rusiya hərbçiləri olacaq.

Amma Şarl Mişelin bəyanatından görürük ki, əraziyə nəzarətlə bağlı Beynəlxalq Gömrük Təşkilatına müraciət olunması barədə fikir səslənib. Aİ Zəngəzura Rusiyanın nəzarətini qəbul etmir. Ona görə də Beynəlxalq Gömrük Təşkilatına müraciətlə bağlı fikirlər səslənib”. 


Həmsöhbətimiz görüş fonunda humanitar məsələlərdə də irəliləyişin olduğunu deyir:

“Aİ bu istiqamətdə də aktivdir. Əsir düşmüş əsgərlərimizlə bağlı məsələ müzakirə olunub. Görünən odur ki, Aİ danışıqlarda əsasən məhz kommunikasiya və humanitar məsələlər üzrə institutlaşıb”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO