Zelenski Londona getdi

Zelenski Londona getdi

Hazırda oxunan: Zelenski Londona getdi

136012

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də Londona gedib.  

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat paylaşıb. 

O bildirib ki, orada Böyük Britaniyanın baş naziri Rişi Sunakla danışıqlar aparacaq. 

Xatırladaq ki, mayın 13-də Zelenski Romaya səfər edib, burada İtaliya prezidenti və baş naziri ilə, həmçinin Roma Papası ilə görüşüb. 
Bundan sonra o, Almaniyaya gedib və orada prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla danışıb. Ötən gecə isə Zelenski Fransaya gəlib və prezident Emmanuel Makronla görüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO