Azərbaycansız “türk yolu” istəyən Kılıçdaroğluna Baxçalıdan sərt cavab: “O çarəsizdir, əsir düşüb” – VİDEO

Azərbaycansız “türk yolu” istəyən Kılıçdaroğluna Baxçalıdan sərt cavab: “O çarəsizdir, əsir düşüb” – VİDEO

Hazırda oxunan: Azərbaycansız “türk yolu” istəyən Kılıçdaroğluna Baxçalıdan sərt cavab: “O çarəsizdir, əsir düşüb” – VİDEO

135671

“Həyatımın layihəsi deyərək, Tarixi İpək Yolunu təkrar canlandıracağam” açıqlaması ilə gülünc vəziyyətə düşən, eyni zamanda, Azərbaycanı və digər türk yurdlarını kənarlaşdıraraq, alternativ bir yol çəkən Kılıçdaroğlu acizdir, çarəsizdir, əsir düşüb. Uzun bir istirahət üçün o evinə getsin, mətbəxindən çıxmasın”.

Bizim.Media xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Karamandakı bu gün keçirilən mitinqdə çıxışı zamanı deyib. 

Qeyd edək ki, “Millət İttifaqı”ndan Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ötən həftə “həyatının ən böyük layihəsini” açıqlayıb.
Kılıçdaroğlunun sözlərinə görə, onun layihəsi Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutur.

Sözügedən layihədə kommunikasiya xətlərinin Azərbaycandan deyil, İrandan keçməsi planlaşdırılır.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO