Azərbaycanın “Zod” HƏMLƏSİ – Ermənistan iqtisadiyyatı necə iflic oldu?

Azərbaycanın “Zod” HƏMLƏSİ – Ermənistan iqtisadiyyatı necə iflic oldu?

Hazırda oxunan: Azərbaycanın “Zod” HƏMLƏSİ – Ermənistan iqtisadiyyatı necə iflic oldu?

135662

Ermənistanın məşhur “Zod” mədəni öz fəaliyyətini birdəfəlik dayandırıb. Bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, “Zod” mədəni artıq ay yarımdır ki, işləmir:

“Martın sonundan işləri bərpa etmək mümkün olmur, işçilərin mədənə getmək cəhdlərinin qarşısı alınır. Mədən işçilərinə belə məlumat çatıb ki, azərbaycanlılar “Geopproning” mədənini işlədən Rusiya şirkətini açıq mədənin işini dayandırmağı tələb edib. Çünki Ermənistanın nəzarətində qalan hissədə mineral ehtiyatlar tükənib”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənlərin “Söyüdlü”- Zod qızıl yataq İDDİASI – Sərhəddə nə baş verir? - VİDEO


Ona görə də “Zod” mədəninin konservasiyası Ermənistan üçün əsl fəlakətdir. 

Birincisi, ona görə ki, bu mədəndə birbaşa minə yaxın, ümumilkdə isə 3 minə yaxın işçi çalışırdı. 

İkincisi, bu mədənin gəlirləri Ermənistan büdcəsində xüsusi çəkiyə malik idi. Ümumilikdə, bu mədən və burdan çıxarılan qiymətli məmulatlarının istehsalından və satışından dövlət büdcəsinin 28 faizi formalaşırdı. 

Üçüncüsü, “Zod” xammalı əsasında Ermənistanın ən böyük və ən gəlirli müəssisəsi olan “Ararat” kombinatı işləyirdi. Artıq bu kombinat da işini dayandırmalı olacaq. 

Dördüncüsü, Ermənistanın dəmir yolu dayanacaq. Bildiyimiz kimi Ermənistanın müstəqil dəmir yol idarəsi yoxdur. Bu ölkədəki dəmir yolları “Rusiya Dəmir Yolları” QSC-nin Cənub idarəsinin bir strukturu idi. Və bu struktur da ancaq “Zod” mədənindən “Ararat” kombinatına yük daşıyırdı.

Beləcə, Azərbaycan dövlətinin qətiyyəti hesabına Ermənistan daha bir ağır və sağalmaz zərbə almış oldu. Bir həmlə ilə Ermənistanın ÜDM-i 30 faiz kiçildi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO