Rəsmi Kiyevdən Zelenskinin

Rəsmi Kiyevdən Zelenskinin "Avroviziya-2023"də çıxışı ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Rəsmi Kiyevdən Zelenskinin "Avroviziya-2023"də çıxışı ilə bağlı AÇIQLAMA 

135628

Ukrayna Prezidentinin ofisi Vladimir Zelenskinin "Avroviziya-2023"ün finalında onlayn çıxışı üçün müsabiqə təşkilatçılarına müraciət etməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov “Facebook” paylaşımında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskinin “Avroviziya”nın finalında çıxış etməsinə icazə verilməyib


O, "The Times"ın məlumatının həqiqətə uyğun olmadığını qeyd edib:

"Ukrayna Prezidentinin ofisi “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçılarına finalda və ya müsabiqənin hər hansı mərhələsində Vladimir Zelenskinin onlayn çıxışı təklifi ilə müraciət etməyib". 

Nikiforov paylaşımın rəylərində əlavə edib ki, Ukrayna Prezidentinin ofisi həmçinin Avropa Yayım İttifaqına (EBU) da bu məqsədlə müraciət etməyib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO