Qazaxıstan Milli Bankı – “Rusiyaya qarşı sanksiyalar bizə də problemlər yaradır”

Qazaxıstan Milli Bankı – “Rusiyaya qarşı sanksiyalar bizə də problemlər yaradır”

Hazırda oxunan: Qazaxıstan Milli Bankı – “Rusiyaya qarşı sanksiyalar bizə də problemlər yaradır”

135596

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Qazaxıstan üçün də problemlər yaradır”.

Bizim.Media “Orda.kz” saytına istinadən xəbər verir ki, bunu Qazaxıstan Milli Bankının sədr müavini Akıljan Baimaqambetov bildirib.  

Bu məhdudiyyətlərin müəyyən dərəcədə bəzi sahələrdə iqtisadi fəallığa mənfi təsir göstərdiyini söyləyən sədr müavini qeyd edib ki, Qazaxıstan hökuməti bu məsələdə neytral qalmağa çalışır:

“Buna baxmayaraq, Moskva Astananın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Hökumət  sanksiyalardan yan keçmək üçün ölkəmizdən istifadə olunmasının qarşısını almağa çalışır”. 

Milli Bank rəsmisinin sözlərinə görə, sanksiyalar səbəbindən Qazaxıstanın Rusiyaya ixracının strukturu xeyli dərəcədə dəyişib və artıq qara metalların ixracında azalma müşahidə olunur:  

“Rusiyaya ixracımızın həcminə nəzər salsaq görərik ki, nominal ifadədə 2022-ci ildə 2021-ci illə müqayisədə illik ifadədə artım olmayıb. Rusiya Ticarət və Sənaye Palatasının məlumatına görə, 2022-ci ildə Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2 milyard dollar artaraq 26 milyard dollara çatıb. ABŞ Xəzinədarlığı Qazaxıstana Rusiyanın yardımı ilə bağlı sanksiyaların riskləri barədə xəbərdarlıq edib.  
Bu ilin aprelin 1-dən Qazaxıstanda Rusiya Federasiyasına idxal olunan malların monitorinqi sistemi işə salınıb. Qazaxıstandan mal idxalının sərtləşdirilməsi ilə əlaqədar məişət texnikasının qiymətinin 12% artacağı gözlənilir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO