Dövlət Departamentindən Brüssel danışıqları ilə bağlı AÇIQLAMA

Dövlət Departamentindən Brüssel danışıqları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dövlət Departamentindən Brüssel danışıqları ilə bağlı AÇIQLAMA

135566

“Azərbaycanla Ermənistan arasında çox vacib sülh sazişi məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən məmnuq idik”, - deyə o bildirib.

Vedant Patel inandığını bildirib ki, bu danışıqlar səmərəli olub və Brüsseldə keçiriləcək danışıqların davamı üçün zəmindir.
Dövlət Departamentinin rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar davamlı və ləyaqətli sülhə doğru əldə olunan tərəqqiyə xələl gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO