Yayda metronun iş vaxtı artırılacaqmı? - RƏSMİ AÇIQLAMA 

Yayda metronun iş vaxtı artırılacaqmı? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Yayda metronun iş vaxtı artırılacaqmı? - RƏSMİ AÇIQLAMA 

135558

Bakı Metropoliteninin bayram günlərində və mühüm idman yarışları zamanı gec saatlarda da işlədiyi hər kəsə məlumdur. Yay mövsümündə necə, onun iş saatını uzatmaq mümkündürmü? 

Bizim.Media xəbər verir ki, isti günlərdə qatarların hərəkət qrafikində belə dəyişiklik edilir, interval uzadılır. Üstəlik, istirahət mövsümündə istər şəhərin qonaqları, istərsə də paytaxt sakinləri axşam və gecə saatlarında çöldə olmaq, gəzişmək, asudə vaxtı əyləncə ilə doldurmaq istəyirlər. 

Yenisabah.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunun mümkün olmadığını bildirib: 

“Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi “Metropolitendən istifadə qaydaları"na görə, metropoliten səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir. Bu, artıq normativ tələbdir. İstisnalar Bakıda keçirilən kütləvi tədbirlər və digər əhəmiyyətli məsələlər zamanı olur. 

Metropoliten mövcud vəziyyətdə sərnişinlərin rahatlığını təmin etmək, insanların mənzil başına rahat çatması məqsədilə bunu edir. Lakin bu hal adi günlərdə davamlı olmur. 

Bəzi nüanslar var, əgər məsələ araşdırılsa, uzunmüddətli monitorinq aparılmalıdır, digər məsələlər müzakirə olunmalıdır. Dünyada bu təcrübənin müxtəlif nümunələrini görürük, amma Bakı üçün belə məsələlər gündəmdə olsa, ona xüsusi baxılacaq. 

Bir daha qeyd edim ki, hüquqi-normativ aktlara, xüsusilə metropolitendən istifadə qaydalarına görə iş saatı səhər 6-dan gecə 12-yə qədərdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO