Mayın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2083024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Bizim.Media-ya bildirilib ki, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,598 (8.97 faiz) manat və 9,623 (8.39 faiz) manat olan 16 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38 milyon 830 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,598 (8.96 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,613 (8.62 faiz) manat olaraq müəyyənləşdirilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar oktyabrın 6-da ödənəcək.
Bu gün, həmçinin Bakı Fond Birjasında AMB-nin AZ2084024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub.
Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9378.3117 (9.47 faiz) manat və 9423.4 (8.74 faiz) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon 50 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9383.3 (9.39 faiz) manat, orta ölçülmüş qiyməti isə 9404.3 (9.05 faiz) manat müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Notlar gələn il yanvarın 18-də ödəniləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:41 / 12.05.2023
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Hazırda oxunan: Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Hazırda oxunan: Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
135556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.