Şəhid Orxanın atası: “Bu gün evə gələcəkdi” - VİDEO 

Şəhid Orxanın atası: “Bu gün evə gələcəkdi” - VİDEO 

Hazırda oxunan: Şəhid Orxanın atası: “Bu gün evə gələcəkdi” - VİDEO 

135533

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. 

Bizim.Media xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə, çətin də olsa, oğlu barədə danışıb. 

Şəhid atası qeyd edib ki, oğlu bu gün evə gəlməli imiş: 

“İki qız, iki oğul idilər. Orxan ən balacaları idi. Ən çox istədiyim o idi... Bu gün gələcəkdi, dedi ki, sabah gələcək”. 

E.Novruzəlizadənin sözlərinə görə, həyat yoldaşı da bir müddət əvvəl vəfat edib, heç ili də çıxmayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO