124 min şəxsə sosial dəstək xidməti göstərilib

124 min şəxsə sosial dəstək xidməti göstərilib

Hazırda oxunan: 124 min şəxsə sosial dəstək xidməti göstərilib

135503

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. 

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətlə bağlı hesabat yayıb. 

Nazirlikdən verilən məlumata görə, icra olunan həmin paket çərçivəsində ötən dövrdə: 
şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 565 şəxsə sığorta ödənişi edilib; 

1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib; 

şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlərin hər il artırılması təmin edilib, müharibə veteranlarına aylıq təqaüd təyin edilib; 

şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara 4760 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 560 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7500-dən çox avtomobil verilib); 

şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib; 

müharibə ilə əlaqədar əlilliyi olan 1920 şəxs 36 868 reabilitasiya vasitəsilə, bu kateqoriyadan olan 414 şəxs 431 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub; 

şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 17,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub; 

vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 83,7 min şəxsə xidmətlər göstərilib və s. 

Postmüharibə dövründə həmin sosial dəstək paketi ümumilikdə 124 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 285 min xidmət göstərilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO